Aİ vətəndaşlarına böhran xəbərdarlığı - “İlk üç gün üçün hazır olun”
Avropa İttifaqı (Aİ) Komissiyası Avropanın daha tez-tez və mürəkkəb böhranlarla üzləşdiyini bildirərək, fövqəladə hallar üzrə yeni təlimat dərc edib. Sənəddə vətəndaşların ictimai yardım səfərbər olunana qədər, yəni ilk üç gün (72 saat) ərzində əsas ehtiyaclarını özlərinin qarşılaması tövsiyə edilir.
Adalet.az xəbər verir ki, Bərabərlik, Hazırlıq və Böhranların İdarə Edilməsi üzrə Aİ komissarı Haca Lahbib tərəfindən Brüsseldəki 9-cu Avropa Mülki Müdafiə Forumunda elan edilən təlimata əsasən, fövqəladə hallara hazırlığın məktəbəqədər və ibtidai təhsil proqramlarına daxil edilməsi, təhsil işçilərinə təlimlərin keçilməsi və əlilliyi olan şəxsləri əhatə edən inklüziv tədbirlərin görülməsi planlaşdırılır.
Sənəd həmçinin səlahiyyətli orqanların fövqəladə haldan əvvəl, hadisə zamanı və sonrasında əhaliyə etibarlı məlumat verməsini nəzərdə tutur.
Fövqəladə hallara hazırlığı bütün Avropada ortaq prioritetə çevirmək məqsədilə 2027-ci ildən etibarən hər il oktyabrın 23-nün “Aİ Hazırlıq Günü” kimi qeyd olunması təklif edilir.
Digər Xəbərlər
04 Noyabr 2026 09:22
"Rusiya və Ukrayna razılaşmaya yaxındır" - Tramp
04 Noyabr 2026 09:20
Trampdan seçkilərlə bağlı açıqlama - "Bu halda hər şeyə veto qoyacağam"
04 Noyabr 2026 08:08
ABŞ-də 30 ildə ilk dəfə qızılcadan ölüm qeydə alındı
04 Noyabr 2026 08:05
Himalay dağlarında 8 nəfər yoxa çıxdı - Əşyaları tapılıb, özləri yox
04 Noyabr 2026 08:01
ABŞ-də Konqresə aralıq seçkilərdə demokratlar liderlik edir - YENİLƏNİR
04 Noyabr 2026 07:43
Kim Çen In Şimali Koreyanın yeni hərbi gəmisinin tikintisini yoxlayıb
04 Noyabr 2026 07:39
69 nəfərin öldüyü qəzadan sonra nazir istefa verdi
04 Noyabr 2026 07:37


Bakı -°C

