Aİİ-nin siyahısında "ən az inflyasiya olan ölkə" şübhə doğurur - İqtisadi ANALİZ
Noyabrda Avrasiya İqtisadi İttifaqı Aİİ-yə üzv ölkələrdə inflyasiyanın səviyyəsinin monitorinqini aparıb.
Adalet.az xəbər verir ki, məlumatı qərb mediası yayıb.
Noyabrın sonunda Avrasiya İqtisadi İttifaqı ölkələrində inflyasiyanın illik indeksi belə olub:
Ermənistanda: 1,4%,
Belarusiyada: 5,5%;
Qazaxıstanda: 8,4%;
Qırğızıstanda: 5,7%;
Rusiyada: 8,9%.
2023-cü ilin noyabr ayı ilə müqayisədə Qazaxıstanda illik inflyasiya 1,9 faiz bəndi, Qırğızıstanda isə 2,4 faiz bəndi, Belarusda 0,1 faiz bəndi, Rusiyada isə 1,4 faiz bəndi cüzi sürətlənmə, qiymətlərin aşağı düşməsi müşahidə olunur. Ermənistanda inflyasiya dəyişdi.
İstehlak qiymətlərinin strukturunda Qazaxıstan və Qırğızıstanda ərzaq inflyasiyasında, Ermənistan, Qazaxıstan və Qırğızıstanda qeyri-ərzaq inflyasiyasında, Belarus və Qırğızıstanda xidmət sektorunda səngimə müşahidə olunub.
2024-cü il ərzində Ermənistan Mərkəzi Bankı və Qırğızıstan Milli Bankı əsas faiz dərəcələrini 7,0% və 9,0%-ə endirib, Belarus Milli Bankı isə faiz dərəcəsini dəyişməyərək 9,5% səviyyəsində saxlayıb, Qazaxıstan və Rusiya Milli Bankı Mərkəzi Bank 15,25% və 21,0% ətrafında artıb.
Əslində düşünmək lazımdır ki, Ermənistanda ümumiyyətlə , infliyasiya olmamalıdır. Çünki bütün dönəmlərdə Ermənistan dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qayğısı altında olub. Xatırlayırsınızsa , 2021-ci ildə Avropa Birliyi Şərq Tərəfdaşlıq proqramına daxil olan, ancaq assosiasiya sazişi imzalamayan 3 ölkəyə – Azərbaycan, Belarus və Ermənistana Bərpa, Yenidənqurma və İslahatlar adlı yardım proqramını açıqladı. Sənəd iyulun 2-də Brüsseldə təqdim edildi. Bu ölkələr arasında ən az vəsait ayrılan Azərbaycandır – 140 milyon avro. Eyni proqram çərçivəsində Ermənistana 1,6 milyard, Belarusa isə 870 milyon avro vəsait ayrılıb.
Bundan başqa 2024-cü ildə “Brüssel planı”na uyğun olaraq Avropa İttifaqı 2,5 il ərzində Ermənistanda bir batalyonun modul səhra düşərgəsi üçün 10 mln. avro ayrılması barədə qərar qəbul edib.
2024-cü ilin aprel ayında isə Aİ Ermənistana 292, ABŞ isə 65 milyon dollar məbləğində vəsait verəcəyini elan etdi.
May ayında isə Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu Ermənistana 100 milyon dollar kredit ayıracağını bildirdi.
Sentyabrda isə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana beşillik yardım paketinin həcmini iki dəfədən çox 120 milyondan 250 milyon dollara qədər artıracağı ilə bağlı qərar verdi.
Elə həmin ay Fransa da elan etdi ki, Ermənistana 29 milyon avro verəcək.
Almaniya isə hələ ötən ildən Ermənistana kredit və qrant şəklində 84,6 milyon avro ayırıb.
Rəqəmlərin dediyi odur ki, Ermənistanda infliyasıyanın olması da şübhə doğurmalıdır.
Əntiqə Rəşid
Digər Xəbərlər
21 Yanvar 2026 17:27
Azərbaycan Britaniyadan qızıl tədarükünü artırdı
21 Yanvar 2026 17:23
Şaxtavurmaya görə fermerlərə nə qədər ödəniş edilib?
21 Yanvar 2026 14:49
Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı açıqlandı
21 Yanvar 2026 14:48
Yaşa görə pensiyanın orta aylıq məbləği 53 manat artırılacaq
21 Yanvar 2026 14:48
"Bu dəyişiklik vətəndaşların pensiya məbləğini artırardı" - Deputat
21 Yanvar 2026 11:20
“Avropadan Azərbaycana investisiya marağı gözlənilən səviyyədə deyil”
21 Yanvar 2026 10:38
"Bu isə Davosda Azərbaycanın strateji xəttinin bir daha təsdiqidir"
21 Yanvar 2026 09:59


Bakı -°C

