adalet.az header logo
  • Bakı -°C
21 Oktyabr 2026 12:42
61
MƏMLƏKƏT
A- A+

"Ailədaxili münasibətlərdə baş verən dəyişikliklər bizi narahat edir" - Komitə sədri

"Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərimizin, ailə dəyərlərimizin, adətlərimizin təbliği, dövlətçilik ənənələrinə sədaqət və cəmiyyətin ideoloji bütövlüyünün qorunması hamımızın üzərinə məsuliyyət qoyur. Əfsuslar olsun ki, xarici mərkəzlər idarə etdikləri media və sosial media platformaları vasitəsilə ziyanlı ideoloji təbliğat apararaq dünyagörüşü formalaşmaqda olan uşaq və gəncləri, eləcə də ailələrimizi təsir altına salmağa çalışırlar".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda konfransda çıxışı zamanı parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova deyib.

"Bu gün gənclərin düşüncələri, həyata baxışları, ailədaxili münasibətlərdə baş verən dəyişikliklər bizi narahat edir.  Bəs biz nə etməliyik ki, onları bu yad təsirlərdən qoruyaq? Necə edək ki, ailələrimizə zərərli elementlər daxil olmasın? Gənclərimizi, ailələrimizi mənəvi təzyiqlərdən necə müdafiə edək?  Bu aqressiya, zorakı davranış, dağıdıcılıq haradan qaynaqlanır? Necə edək ki, insanlarımız ideoloji təxribatlara məruz qalmasınlar. Demək, biz maarifləndirmə işlərini daha da gücləndirməliyik. Şablon şüarlarla deyil, daha sadə və əsaslı şəkildə söhbətlər aparmalıyıq, görüşlər keçirməliyik. Hamımız, bütün sosial institutlar, o cümlədən, media, məktəb, ağsaqqal və ağbirçəklər aktiv olmalıyıq. Bu işdə yerli özünüidarəetmə orqanlarının, bələdiyyələrin fəaliyyəti də nəzərə alınmalıdır. Bu qurumlar, hər bir ailəni, onun üzvünü  daha yaxşı tanıyır, onların gündəlik həyat tərzi haqqında məlumatları var. Ona görə də onlar bu maarifləndirmə işində fəal olmalıdırlar", - deyə komitə sədri bildirib.