Ailəsi ilə barışmaq istədiyini açıqladı
Şahzadə Harri atası, qardaşı Uilyam və kral ailəsinin digər üzvləri ilə münasibətlərini düzəltmək istədiyini açıqlayıb.
Adalet.az xəbər verir ki, şahzadə bu haqda “GQ” jurnalına verdiyi müsahibədə bildirib.
“Bəzi insanlar münasibətlərin düzəlməsini istəmirlər. Amma mən istəyirəm. Hazırda dünyada baş verənləri nəzərə alsaq, ən vacib məsələ barışmaqdır”, - deyə o bildirib.
Sasseks hersoqu bağışlamağı bacarmağın və keçmişi geridə qoymağın vacibliyini vurğulayıb.
“Yaralar qalır, lakin əsas məsələ baş verənlərə necə baxmağınız və onlara necə yanaşmağı seçməyinizdir”, - deyə o əlavə edib.
Qeyd edək ki, M.Markl və şahzadə Harri avqustun sonunda Britaniyaya qayıdıblar. 2018-ci ildə ailə quran cütlük kral ailəsi ilə fikir ayrılıqlarından sonra ABŞ-yə köçüb və 6 il Kaliforniyada yaşayıb. Onların 7 yaşlı Arçi adlı oğlu və 5 yaşlı Lilibet adlı qızı var.
Digər Xəbərlər
21 Oktyabr 2026 07:13
"Axios": ABŞ Oslodakı danışıqlardan sonra Rusiyadan kompromisə getməyi gözləyir
21 Oktyabr 2026 07:10
Talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO
21 Oktyabr 2026 07:09
Trampdan Avropaya - Sərt xəbərdarlıq
20 Oktyabr 2026 22:06


Bakı -°C

