adalet.az header logo
  • Bakı -°C
16 Sentyabr 2026 13:14
31
ŞOU-BİZNES
A- A+

Akrtisa qəzəbləndi: "Allah səni cəzalandırsın"

Aktrisa Xuraman Əlizadə  sosial şəbəkədə canlı yayım zamanı kədərli anlar yaşayıb.

Adalet.az xəbər verir ki, izləyicilərdən biri aktirsaya “bədbəxt” deməsi aktrisanın göz yaşlarına səbəb olub:

O, “mənim heç kəslə işim yoxdur. Qəlbimin ən sınıq nöqtəsinə toxunduğun  üçün Allah səni cəzalandırsın. Bu canlı yayımı ona görə açıram ki, burda bişirdiyim tortları satıram. Bir sözlə, bunlarla dolanıram. Sən də gəlib mənim illərdir bağlamaq istədiyim yaramı incidirsən. Getdiyim heç bir restorandan heç nə çəkib paylaşmıram. Çünki deyirəm bəlkə birinin imkanı yoxdur. Məndə görər, ürəyi istəyər. Bu şeyləri düşənəcək qədər düşüncəyə sahibəm. Amma mən sənə heç nə etmədiyim halda gəlib mənə bədbəxt deyirsən. Səni Allaha həvale edirəm. Mən artıq izləyicilərimlə doğmalaşmışam. Yaşam tərzim izləyicilərmin gözü önündədir. Bir qadın öz zəhməti ilə yaşayan bir qadına bu sözü deyirsə, onun insanlıqda yeri yoxdur”, deyib.

Əntiqə