Nazirin yeni müşaviri kimdir? - Dosye
Xəbər verdiyimiz kimi, Vəzirov Rəşid Şamil oğlu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə müşavir təyin edilib.
Adalet.az xəbər verir ki, nazirin yeni müşaviri 1979-cu il təvəllüdlü Rəşid Vəzirov Azərbaycan Tibb Universitetinin məzunudur, tibb üzrə fəlsəfə doktorudur.
Azərbaycan Diplomatik Akademiyasında (ADA Universiteti) və Yaponiyanın Fukuoka şəhərində xəstəxana idarəçiliyi üzrə təhsil və ixtisasartırma proqramlarında iştirak edib.
Respublika Diaqnostika Mərkəzində və Mərkəzi Neftçilər Xəstəxanasında müxtəlif vəzifələrdə, 2018-ci ilin noyabr ayından Respublika Diaqnostika Mərkəzinin icraçı direktoru vəzifəsində fəaliyyət göstərib.
O, uzun illər səhiyyə idarəçiliyi, beynəlxalq layihələrin əlaqələndirilməsi və irimiqyaslı tədbirlərin tibbi təminatının təşkili sahələrində çalışıb.
"Formula 1" yarışlarında tibbi təminat üzrə baş həkim, 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarının Təşkilat Komitəsində tibbi və antidopinq məsələləri üzrə rəhbər müavini olub. Həmçinin 2017-ci il İslam Həmrəyliyi Oyunları, COP29 və MDB Oyunları çərçivəsində tibbi məsələlər üzrə müşavir kimi fəaliyyət göstərib.
Əmək fəaliyyətinin müxtəlif dövrlərində Beynəlxalq Qızıl Xaç Komitəsində və QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondda da çalışıb.
Digər Xəbərlər
03 Noyabr 2026 18:31
"Nəsiminin heç kimi öldürmək niyyəti olmayıb" - Ermənistan İK sədri
03 Noyabr 2026 17:40
Azərbaycanda bu körpü tam bağlanır
03 Noyabr 2026 16:39
Prezidentin sədr təyin etdiyi şəxs kimdir? - DOSYE
03 Noyabr 2026 16:37
Onların mükafatlandırılması qaydası dəyişdi - Baş nazirdən qərar
03 Noyabr 2026 16:22
Səbuhi Sadıqov Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edildi
03 Noyabr 2026 16:11
Aeroportlarda VİP-dən istifadə edənlərin hüquqları DƏYİŞDİ
03 Noyabr 2026 15:52
Hərbi pilotlarımız təlim-məşq uçuşları icra etdi - VİDEO
03 Noyabr 2026 14:29


Bakı -°C

