adalet.az header logo
  • Bakı -°C
03 Noyabr 2026 18:00
72
MƏDƏNİYYƏT
A- A+

Türkiyədə Azərbaycanın tarixi Zəfərinə mahnı həsr olundu – “Azərbaycan Zəfər Şarkısı”na videoçarx hazırlandı

Türkiyədə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbəyə həsr olunan “Azərbaycan Zəfər Şarkısı” adlı mahnıya videoçarx hazırlanıb.

Adalet.az xəbər verir ki, mahnının sözləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədrinin baş müşaviri, İdarə Heyətinin üzvü, professor Esma Özdaşlıya, musiqisi isə Ozan Manasa məxsusdur.

Bəstədə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər, Azərbaycan əsgərinin qəhrəmanlığı, döyüş meydanında göstərdiyi şücaət və Vətən uğrunda mübarizəsi tərənnüm olunur.

Mahnının videoçarxı Esma Özdaşlının rəsmi YouTube səhifəsində yayımlanıb.

“Azərbaycan Zəfər Şarkısı” Türkiyədə Azərbaycanın tarixi Qələbəsinə və iki qardaş ölkə arasındakı mənəvi bağlara həsr olunan sənət nümunəsi kimi diqqət çəkir.