adalet.az header logo
  • Bakı -°C
18 Noyabr 2026 11:17
40
MƏDƏNİYYƏT
A- A+

Xaliq Tağıyev: “Heç bir qadın atamın şıltaqlığına dözməzdi”

Mərhum bəstəkar Ələkbər Tağıyevin oğlu Xaliq Tağıyev atasının “Sən gəlməz oldun” mahnısının gətirdiyi qazancdan və atası ilə anasın münasibətlərindən danışıb.

Adalet.az xəbər verir ki, bəstəkarın övladı indiki maddi vəziyyətindən və anasının fədakarlığından söz açıb:

“Hələ illər əvvəl atam deyirdi ki, mən olmayanda da mənim hesabıma yaşayacaqsınız. Həqiqətən elədir. Doğrudan da mən atamın hesabına yaşayıram. Onun mahnılarının qonararını varis kimi mən alıram. Bu heç kəsə sirr deyil ki, təkcə “Sən gəlməz oldun” mahnısı mənə 1milyon dollar pul qazandırıb. Bütün qazanılan məbləğın vergisini ödəyirəm. Türkiyədə də müqaviləm var. Pullar orda yığılır. Qeyd edim ki, 20% vergi ödəyirəm. Bunun 10%-ni Bakıda, 10%-ni isə Türkiyədə ödəyirəm. İldə 4 dəfə pul götürürəm”. 

Bəsətkarın övladı atasının şəxsi həyatı ilə bağlı da  bəzi məqamları dilə gətirib:

“Atam həmişə deyirdi ki, məni Ələkbər Tağıyev edən həyat yoldaşım Almazdı. Heç bir qadın atamın şıltaqlığına, çılğınlığına dözməzdi. Ancaq anam ailəsini qorudu, atamın bütün çətin xasiyyətlərinə göz yumdu. Çünki anam ailəsini, övladlarını çox sevirdi. Həmişə deyirdi ki, Ələkbər necə deyir elə olsun. Onun heç vaxt qəlbinə toxunan bir ifadə belə işlətmirdi. Atam həmişə anama böyük hörmət edib”.

Əntiqə