"Onlara daha tez pensiya verməlidirlər, 55 yaşında adam balet oynayar?" - Fərhad Bədəlbəyli
"Burada Maliyyə Nazirliyinin nümayəndəsi olmalı idi. Onlar çox nadir hallarda teatra, konsertə gedirlər. Onlar mədəniyyət sözü eşidəndə ağıllarına ancaq hansısa şou-biznes nümayəndəsi və ya toyda oxuyan müğənni gəlir".
Adalet.az xəbər verir ki, bunu Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Milli Məclisin Mədəniyyət komitəsinin Bülbül Fondunda təşkil etdiyi ictimai dinləmədə deyib.
O, balet aktyorlarına erkən təqaüd verilməməsi məsələsinə də toxunub:
"55 yaşında adam balet oynaya bilər?! Onlara daha tez pensiya verməlidirlər. Hansısa məsələ bir yerdə müzakirə edilməlidir. Mən istərdim ki, ziyalılar bundan uzaq olmasınlar. Mədəniyyət adamlarından məsləhət alsınlar və ziyalıların sözünə diqqət etsinlər", - deyə o qeyd edib
F.Bədəlbəyli bildirib ki, ziyalıların sözünə bir az diqqətlə yanaşmaq lazımdır:
"Bizim ifaçılarımız hər yerdə uğurlu çıxış edir. Uğurlarımız var, amma yetərli deyil. Həmişə tərifləmək, tərifnamə bizə heç bir şey verməyəcək. Tənqidlə yanaşmaq ən yaxşı düz yoldur".
Digər Xəbərlər
12 Noyabr 2026 10:47
Nakam ömürlü “Səkinə ana”
10 Noyabr 2026 17:02
Aktyor Aslan Fətullayev vəfat etdi
10 Noyabr 2026 09:28
Dünyanın ən varlı musiqiçiləri kimlərdir?
08 Noyabr 2026 11:33
Alyona Əliyeva "LAC" tamaşasını izlədi - FOTOLAR
07 Noyabr 2026 17:59
Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
06 Noyabr 2026 11:12
Türkiyəyə ABŞ-dən qaytarılan 100 mədəniyyət nümunəsi təqdim olundu - FOTOLAR
04 Noyabr 2026 22:32
Mehriban Əliyeva qızı və gəlini ilə simfonik şou izlədi - FOTOLAR
04 Noyabr 2026 11:43


Bakı -°C

