Aksiz dərəcələrindən icbari tibbi sığorta fonduna ayırmalar dayandırılır
Gələn il yanvarın 1-dən aksiz dərəcələrindən icbari tibbi sığorta fonduna ayırmalar dayandırılır.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə və “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Beləliklə, bununla əlaqədar Vergi Məcəlləsinin 191.5-ci və “Tibbi sığorta haqqında” qanunun 15-10.1.6-cı və 15-10.1.7-ci maddələrinin ləğvi təklif olunur.
Vergi Məcəlləsinin 191.5-ci maddəsinə görə, aksizli mallara tətbiq edilən aksiz dərəcələrinin “Tibbi sığorta haqqında” qanunla müyyən edilmiş hissəsi icbari tibbi sığorta fonduna ödənilir. “Tibbi sığorta haqqında” qanunun 15-10.1.6. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə 0,02 manat, 15-10.1.7. maddəsinə görə isə, vergi ödəyiciləri tərəfindən araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı və energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı icbari sığorta fonduna yönəldilir.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Digər Xəbərlər
21 Noyabr 2025 13:04
Naxçıvanda sahibkarlığın inkişafı üçün yeni vergi güzəştləri
21 Noyabr 2025 13:03
Azərbaycanda bu müəssisələr üçün vergi güzəştləri müəyyənləşir
21 Noyabr 2025 13:02
Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılır
21 Noyabr 2025 13:00
Evini kirayə verənlər nə qədər vergi verəcək?
21 Noyabr 2025 13:00
Vergidə uçota durmayanlar üçün - 200 manat cərimə
21 Noyabr 2025 12:59
Artıq ödənilmiş vergilərin qaytarılması qaydaları dəyişir
21 Noyabr 2025 12:58
7 illik vergi güzəşti ləğv olunur - Bu qədər ödəyəcəyik
21 Noyabr 2025 12:57


Bakı -°C

