"D-8 Media Forumunun illik əsasda keçirilməsi üçün bəyanatla çıxış ediləcək" - Əhməd İsmayılov
D-8 Media Forumunun keçirilməsində məqsəd üzv dövlətlərin media subyektləri və media camiəsinin beynəlxalq və regional sahədə əməkdaşlığının inkişafına dəstək göstərməkdir.
Adalet.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Bakıda keçirilən "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusundakı D-8 Media Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu forum həmçinin dezinformasiya və rəqəmsal mühitdə əməkdaşlığın daha da təkmilləşdirilməsi və qarşılıqlı əməkdaşlıq platformalarının yaradılması üçün də faydalıdır.
"Forumda Prezident İlham Əliyevin tövsiyə və təşəbbüsü olan D-8 çərçivəsində Media Mükəmməllik Mərkəzinin yaradılması da müzakirə olunur. Günün sonuna qədər dövlət rəsmiləri və media ekspertlərinin bu xüsusda tövsiyələrinin həmin mərkəzin strateji planına daxil edilməsi istiqamətində işlər aparılacaq".
İcraçı direktor bildirib ki, gələcəkdə bu kimi forumların keçirilməsi əlaqələrin inkişafı üçün faydalı olacaq.
"Müzakirələr onu göstərir ki, bütün dövlətlər bu media forumunun keçirilməsini dəstəkləyir və bunun illik əsasda olması üçün müvafiq bəyanatla çıxış edəcəklər".
Digər Xəbərlər
22 Oktyabr 2026 22:04
Azərbaycanda hicabla bağlı Türkiyə mediasında yayılan iddialara CAVAB
21 Oktyabr 2026 11:57
Jurnalistlərin adından saxta mesajlar göndərilir - Mətbuat Şurasından xəbərdarlıq
19 Oktyabr 2026 17:28
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
16 Oktyabr 2026 13:46


Bakı -°C

