Alla Puqaçova iki ürək əməliyyatı keçirdi
Müğənni Alla Puqaçova iki ürək əməliyyatı keçirib.
Adalet.az xəbər verir ki, 76 yaşlı sənətçi təxminən altı ay əvvəl Avropada yerləşən xəstəxanalardan birinə aparılıb.
"Mash" nəşrinin məlumatına görə, əməliyyatlardan sonra müğənninin ağır iş rejiminə dözməkdə çətinlik çəkdiyi bildirilir. Onun nəfəs darlığı və sinə ağrılarından əziyyət çəkdiyi qeyd olunur.
Məlumata əsasən, səhhətindəki risklər səbəbindən Puqaçova artıq əvvəlki kimi çıxış edə bilmir. Həkimlərin ona sağlamlığını qorumağı və səhnə fəaliyyətini məhdudlaşdırmağı tövsiyə etdiyi bildirilir.
Eyni zamanda iddialara görə, sənətçi Taylandda 2 milyon dollar qarşılığında təklif olunan konsertdən və 500 min dollarlıq özəl tədbirdən imtina edib.
Qeyd edilir ki, Puqaçovanın ürək problemləri uzun illərdir davam edir və əvvəllər də ona bir neçə dəfə ürək stenti qoyulub.
Hazırda müğənninin vəziyyəti ilə bağlı rəsmi təsdiqlənmiş açıqlama verilməyib. Onun nümayəndəsi isə yayılan məlumatlarla bağlı konkret təsdiq olmadığını bildirib./Milli.az
Digər Xəbərlər
15 Iyul 2026 14:31
Qumral: “Hotelə ərimlə gedirəm”
15 Iyul 2026 13:56
Günel gileyləndi: “İnanıram ki, səsimə səs verəcəklər”
15 Iyul 2026 13:54
KƏRİM: “Düz deyirlər, özündənrazı adamam”
15 Iyul 2026 12:37
Nəfəs oxudu, Aysun hönkür-hönkür ağladı - VİDEO
15 Iyul 2026 09:36
Mahsun Kırmızıgülün səhnədəki jesti ürəkləri fəth etdi - VİDEO
14 Iyul 2026 20:11
Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"
13 Iyul 2026 22:00
"Əsl bombanı gözləyin" - Haluk Levent açıqlama yaydı
13 Iyul 2026 17:51


Bakı -°C

