Alman aviasiyasının batırdığı "Ermənistan" gəmisi - 83 illik gizli tarix
Bu gün Rusiyanın Ermənistana sevgisini isbatlayan “Armeniya” gəmisinin batırılmasından 83 il ötür.
Adalet.az xəbər verir ki, 1928-ci ildə Leninqradda “Ermənistan” sərnişin-yük termal gəmisi qurulub və elə həmin ildə də gəmi suya salınıb. 1941-ci il noyabrın 7-də içərisində bir neçə min yaralı döyüşçünün və təxliyə edilmiş vətəndaşların olduğu gəmi alman aviasiyası tərəfindən Krım yaxınlığında batırılıb. Məlumatlarda deyilir ki, gəmiçilik tarixində ən böyük dəniz fəlakətlərindən biri hesab edilən gəminin göyərtəsində təxminən 6-10 minə qədər insan olub.
Maraqlıdır ki, gəmi batırıldıqdan 79 il sonra Krımdan 15 km məsafədə 1,5 km dərinlikdə tapılıb. Onu tapmaq üçün 20 il vaxt və 300 kvadrat km ərazini araşdırmaq tələb olunurdu. Əməliyyatlardan birinə, 1985—ci ildə Titaniki və 1989-cu ildə Alman “Bismark” gəmisinin qalıqlarını aşkar edən məşhur Amerika okeanoqrafı Robert Ballard da cəlb edilmişdi.
2020-ci ilin mart ayında müntəzəm bir axtarış zamanı hidrolokatorla hərtərəfli araşdırıldı. Tədqiqat göstərdi ki, yerində, həqiqətən, dərinliklərdə nəsə bir obyekt var ki o da “Armenia”nı xatırladır.Tapılan gəminin “Armenia”olduğunu təsdiqləmək üçün sualtı qurğunun bir neçə dərinə enməsi lazım idi. Nəhayət gəminin adı gəmi üzərində də göründü.
Əntiqə Rəşid
Digər Xəbərlər
24 Dekabr 2025 17:52
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
24 Dekabr 2025 17:39
"Ağdam rayonunda artıq həyat bərpa edilir" - İlham Əliyev
24 Dekabr 2025 17:17
"Bu gün Ağdamın tarixində çox əlamətdar bir gündür" - Prezident
24 Dekabr 2025 16:44
Din xadimləri İlham Əliyevə təşəkkür etdi
24 Dekabr 2025 14:07
“Pirotexniki vasitələr nəinki səs-küyə, yanğınlara da səbəb olur”
24 Dekabr 2025 13:54
Emin Ağalarov Prezidenti belə təbrik etdi - VİDEO
24 Dekabr 2025 13:25
Bayram günlərində avtovağzallar gücləndirilmiş iş rejimində işləyəcək
24 Dekabr 2025 13:06


Bakı -°C

