Alzaymerin qarşısını ala biləcək yeni mexanizm aşkarlandı
Alimlər Alzaymer xəstəliyinin inkişafına təsir göstərə biləcək yeni bioloji mexanizm aşkarlayıblar.
Adalet.az xəbər verir ki, ABŞ-nin “Gladstone” İnstitutunun alimlərinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat zamanı qandan beyinə keçən zülallar araşdırılıb.
“Cell” elmi jurnalında dərc olunan araşdırmada alimlər 861 qan zülalını izləyiblər. Onlardan 92-nin qan-beyin baryerini keçərək beyin toxumasına daxil olduğu müəyyən edilib. Bu zülalların əhəmiyyətli hissəsinin qaraciyər kimi digər orqanlarda istehsal olunduğu aşkarlanıb.
Tədqiqatçılar xüsusilə APOA1 adlı zülala diqqət yetiriblər. Məlum olub ki, bu zülal beyindəki astrosit adlanan hüceyrələrə təsir göstərərək xolesterinin tənzimlənməsində iştirak edir. Bu proses neyronlar arasındakı əlaqələrin, yəni sinapsların qorunması üçün vacibdir.
Alzaymer xəstəliyinin modelləşdirildiyi siçanlar üzərində aparılan təcrübələr zamanı qan-beyin baryerinin APOA1 kimi qoruyucu zülalların beyinə daşınmasını xəstəliyin erkən mərhələsində azaltdığı müəyyən edilib. Bu dəyişikliklər sinir hüceyrələri arasındakı əlaqələrin zəifləməsi və davranış dəyişiklikləri ilə müşayiət olunub.
Alimlər daha sonra siçanların qaraciyərində APOA1 zülalının istehsalını artırıblar. Nəticədə zülalın beyinə daşınması çoxalıb, beyin toxumasında bəzi iltihabi göstəricilər və xəstəliklə əlaqəli dəyişikliklər azalıb. Həmçinin sinir hüceyrələri arasındakı əlaqələrin qorunmasında və yaddaşla bağlı bəzi davranış testlərində müsbət nəticələr əldə olunub.
Tədqiqatçılar hesab edirlər ki, bu kəşf gələcəkdə Alzaymer xəstəliyinin müalicəsi üçün yeni yanaşmaların hazırlanmasına imkan yarada bilər. Belə ki, xəstəliyə qarşı mübarizədə yalnız beyinə deyil, digər orqanların beyinlə bioloji əlaqəsinə də diqqət yetirmək mümkün olacaq.
Digər Xəbərlər
16 Noyabr 2026 17:34
Bu kolbasaları almayın
16 Noyabr 2026 17:04
Hamilələr bu balığı yeməməlidir - SƏBƏB
16 Noyabr 2026 09:46
Soyuq havada qulaqlarınız ağrıyırsa...
13 Noyabr 2026 17:53
Polad Həşimovun anasının vəziyyəti necədir?
12 Noyabr 2026 13:41
Mütəmadi olaraq qaragilə yeyin - Səbəbi isə...
11 Noyabr 2026 12:11
Ombudsmandan onkoloji xəstələrin müalicəsi ilə bağlı - TƏKLİF
11 Noyabr 2026 10:49
TƏBİB payız-qış mövsümünə necə hazırlaşır?
11 Noyabr 2026 09:29


Bakı -°C

