AMEA prezidentinin və vitse-prezidentinin maaşları artırılıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Adalet.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında əksini tapıb.
Belə ki, AMEA prezidentinin aylıq vəzifə maaşı 2570 manatdan 3084 manata, AMEA-nın 1-ci vitse-prezidentinin 1780 manatdan 2136 manata, AMEA-nın vitse-prezidenti, akademik katibinin 1645 manatdan 1974 manata, AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmə- lərin akademik katibləri, müşavirləri, AMEA-nın prezidentinin müşaviri, katibliyin rəisi, AMEA-nın Gəncə bölməsinin akademik – katibinin aylıq vəzifə maaşı 1230 manatdan 1476 manata, İdarə rəisinin maaşı isə 1190 manatdan 1428 manata qaldırılıb.
Digər Xəbərlər
19 Dekabr 2025 18:10
Dörd rayonda təbiətə 300 min manata yaxın ziyan vurulub
19 Dekabr 2025 17:55
Azərbaycanda ov mövsümü açılır - Sabahdan
19 Dekabr 2025 13:40
Elektron siqaretlərin reklamı qadağan edilir
19 Dekabr 2025 13:11
Dəbilqəsiz moped idarə edənlər cərimələnəcək
19 Dekabr 2025 13:06
Əkin yerinin yandırılmasına görə yeni cərimələr
19 Dekabr 2025 11:34
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
19 Dekabr 2025 11:10
“Elektron siqaretlər cəmiyyət üçün dərin problemə çevrilmişdi...”
19 Dekabr 2025 10:06


Bakı -°C

