Ana həbsdə olan oğluna telefon keçirmək istədi
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.
Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, məhkumla qısamüddətli görüşə gəlmiş anasının üzərinə və əşyalarına baxış keçirilən zaman ona məxsus əl çantasının gizli saxlanc yerində gizlədilmiş, daxilində danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
"Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır", - deyə məlumatda deyilir.
Digər Xəbərlər
02 Mart 2026 11:00
Qanunsuz saxlanılan xeyli silah-sursat aşkarlandı
28 Fevral 2026 15:21
Qaradağda 66 kiloqramdan çox narkotik dövriyyədən ÇIXARILDI
28 Fevral 2026 11:23
Biləsuvarda 2 nəfər narkotiklə tutuldu
28 Fevral 2026 10:46
“WhatsApp”la kart məlumatları tələb edənlərə inanmayın - VİDEO
28 Fevral 2026 10:10
Axtarışda olan 145 nəfər saxlanıldı
27 Fevral 2026 17:34
“TikTok”da tələbələrin fotolarını yayan şəxs barəsində cinayət işi başlanıldı - VİDEO
27 Fevral 2026 12:23
Azərbaycan-İran sərhədində silahlı insident - FOTOLAR
26 Fevral 2026 21:40


Bakı -°C

