Ana südünü necə artırmaq olar?
"Ana südünün kifayət qədər olması üçün ananın qidalanması, maye qəbulu və istirahət rejiminə diqqət etməsi vacibdir".
Adalet.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Aygün Məmmədova deyib.
Onun sözlərinə görə, ana südü verən qadın sutka ərzində 2,5-3 litrədək maye qəbul etməlidir.
Pediatr bildirib ki, qida rasionu zülal və vitaminlərlə zəngin olmalıdır. Ana südü verən qadınların ciddi pəhriz saxlaması isə tövsiyə edilmir:
"Onların sutkalıq qida qəbulu 1800 kilokaloridən aşağı düşməməlidir. Hər hansı pəhriz həm süd istehsalına, həm də körpənin əmizdirilməsinə mane ola bilər".
O, analara kifayət qədər yatmağı və stressdən uzaq durmağı da tövsiyə edib.
Pediatrın sözlərinə görə, südü artırmağın ən optimal yollarından biri körpəni tez-tez əmizdirməkdir.
"Tez-tez döşlə əmizdirmək və südü sağmaq süd istehsalının artmasına kömək edir. Bütün bunlara baxmayaraq süd artmırsa, laktasiya üzrə mütəxəssisə müraciət etmək lazımdır".
Digər Xəbərlər
05 Avqust 2026 15:30
Ana südü niyə bu qədər vacibdir? - Mütəxəssisdən açıqlama
05 Avqust 2026 15:29
Doğuşdan sonra bu addım ana və körpə üçün çox önəmlidir
05 Avqust 2026 10:16
Kahı 10 mindən çox insanı xəstəxanalıq etdi - Ölkəyə idxalı dayandırıldı
04 Avqust 2026 17:47
11 aptekdə nöqsan aşkarlandı
03 Avqust 2026 09:57
Çox insanın sevdiyi yemək xərçəngə səbəb olurmuş
02 Avqust 2026 15:00
Səhərlər acqarına bunu etmək faydalıdır, yoxsa zərərlidir?
02 Avqust 2026 14:19
Çətin yuxuya gedənlərdə insult riski çox artır - Diqqət
01 Avqust 2026 08:36


Bakı -°C

