“Anam bu xəbəri eşidəndən pərişandı...”- Ömürlük həbs edilən əsir Hüseynin qardaşı
“Hüseynə ömürlük həbs cəzası verilməsindən xəbərimiz var, anam da pərişandır. Qardaşım yeddi aydır ki, əsirlikdədir və hələ ki, Hüseynin azad edilməsiylə bağlı heç bir irəliləyiş yoxdur”
Bunu Adalet.az-a açıqlamasında Ermənistanda əsir saxlanılan və bu gün ömürlük azadlıqdan məhrum edilən Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun qardaşı Böyükağa deyib. O, qardaşına görə narahat olduqlarını bildirib:
“Bizi bir dəfə Hüseynlə görüntülü danışdırdılar və ondan sonra danışa bilmədik. Beynəlxalq Qırmızı Xaç Komitəsi ancaq Hüseyndən məktub gətirir. Mən necə inanım ki, məktubu o yazıb. Ayda bir dəfə zəng edir. Səs eşitməklə deyil, biz Hüseynin üzünü görməliyik.
Qardaşım Hüseynin boynuna cəfəng bir ittiham qoyublar, guya o, mühafizəçini öldürüb. Amma ermənilər özləri görün nə qədər azərbaycanlını qətlə yetiriblər. Dövlətimiz Xocalının Meşəli kəndində qətliamlar törədən Vaqif Xaçatryanı 15 azadlıqdan mərhum etdi. Amma mənim qardaşıma Ermənistanda ömürlük həbs cəzası verirlər. Anam bu xəbəri eşidəndən sonra pərişandır, dövlət qurumlarına gedir, hamısı bizi qarşılayır, işə baxırlar. Amma irəliləyiş yoxdur”-deyə o, bildirib.
Vasif Əlihüseyn
Digər Xəbərlər
16 Sentyabr 2026 19:00
Bilik günü Bakı metrosundan istifadə edənlərin sayı açıqlandı
16 Sentyabr 2026 17:44
Dövlət Proqramı qida təhlükəsizliyi üzrə kadr hazırlığını gücləndirəcək
16 Sentyabr 2026 17:10
Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
16 Sentyabr 2026 16:57
“Narkotacirlərə qarşı daha sərt qanunlar ola bilər”
16 Sentyabr 2026 16:37
Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslər təşkil ediləcək
16 Sentyabr 2026 16:06
Bu zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
16 Sentyabr 2026 16:03
Prezidentdən Ülvi Quliyevlə bağlı SƏRƏNCAM
16 Sentyabr 2026 15:05


Bakı -°C

