Ankara İsveçin NATO-ya daxil olması üçün şərtlərini açıqlayıb
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Şöbəsinin rəhbəri Fahrettin Altun İsveçin “Expressen” qəzetində dərc olunan məqaləsində qeyd edib ki, Türkiyənin haqlı narahatlıqları aradan qaldırılmayana qədər İsveç NATO-ya üzv ola bilməyəcək.
“Türkiyə kimi terrorun hədəfində olan ölkələr ikili standartları aradan qaldırmaq üçün var gücü ilə çalışırlar. Bunu nəzərə alsaq, İsveçin öz mövqeyinə yenidən baxmadan NATO-ya üzv olmaq cəhdinə müşahidəçi qalmaq Türkiyə üçün qəbuledilməzdir. Türkiyədə günahsız insanlara qarşı cinayətlərdə iştirak etmələrinə baxmayaraq, İsveçdə siyasi sığınacaq tapan şəxslərlə mübarizə, bizim nöqteyi-nəzərimizdən, ittifaqın ayrılmaz şərtidir”, - Altun məqaləsində yazıb.
O, əmin olduğunu bildirib ki, Türkiyə hökuməti Stortorgetdəki hücuma görə məsuliyyət daşıyan terror təşkilatına sığınacaq versə, İsveç xalqı bu gün türklərin yaşadığı hissləri yaşayacaq.
“Şübhəsiz ki, İsveçin belə bir terror təhlükəsi ilə təhdid edilməməsinə şadıq. Lakin mən çox açıq şəkildə bildirmək istəyirəm ki, İsveç Türkiyənin haqlı narahatlıqları həll olunmayana qədər NATO-ya üzv ola bilməyəcək. Əgər İsveç NATO-nun ikinci ən böyük ordusununun hücum anında ölkənin müdafiəsinə qalxacağını gözləyirsə, bu faktı qəbul etməlidir”, - məqalədə bildirilib.
Digər Xəbərlər
13 Dekabr 2025 17:01
İndoneziyada ölənlərin sayı 1000-ə ÇATDI
13 Dekabr 2025 16:51
Ərdoğan: Türkiyə ordusunun Qəzzaya göndərilməsi...
13 Dekabr 2025 16:19
Ərdoğandan mərc oyunları barədə: Hansı klub olursa olsun...
13 Dekabr 2025 16:02
Tayland–Kamboca sərhədində döyüşlər şiddətləndi
13 Dekabr 2025 14:35
Ərdoğan: Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil
13 Dekabr 2025 13:55
Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib
13 Dekabr 2025 00:33
GƏRGİNLİK PİK HƏDDƏ:Türkiyəyə məxsus yük gəmisi vuruldu - VİDEO - YENİLƏNİB
12 Dekabr 2025 23:56


Bakı -°C

