Anqola lideri Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Anqola Respublikasının Prezidenti Joao Lorenso mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Adalet.az xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçıları Azərbaycan ilə Anqola arasında ikitərəfli əlaqələrin, xüsusilə iqtisadi-ticari və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.
Joao Lorenso COP29-da iştirak etmək üçün ölkəmizə səfər edən Anqolanın vitse-prezidenti Esperensa Costanın Bakıya səfərini və səfər çərçivəsində Azərbaycandan olan tərəf müqabilləri ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair görüşlər keçirdiyini bildirib.
Prezident İlham Əliyev Azərbaycanın Afrika ölkələri, o cümlədən Anqola ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyini deyərək əməkdaşlığımızın müxtəlif sahələrdə inkişafı üçün geniş imkanların olduğunu deyib.
Söhbət zamanı hələ keçmiş SSRİ dövründə Anqoladan olan tələbələrin ölkəmizdə təhsil aldıqları xatırlanıb və həmin şəxslərin bu gün Anqolanın inkişafına öz töhfələrini verdikləri məmnunluqla qeyd edilib.
Anqolanın hazırda Afrika İttifaqının sədrliyi funksiyasını yerinə yetirdiyini nəzərə alaraq, tərəflər Azərbaycan ilə Afrika İttifaqı arasında əməkdaşlıq məsələlərinə toxunublar.
Digər Xəbərlər
07 Aprel 2026 17:25
Baş nazir məmurları topladı - İclas keçirdi - FOTOLAR
07 Aprel 2026 16:43
Azərbaycanda bu qanun dəyişdi
07 Aprel 2026 16:41
İlham Əliyev MDB ilə bağlı sənədi imzaladı
07 Aprel 2026 16:38
Prezident bu hərbçiləri təltif etdi - SİYAHI
07 Aprel 2026 14:43
Prezident Türkiyənin Baş prokurorunu qəbul etdi - FOTOLAR
07 Aprel 2026 12:23
“Münasibətləri möhkəmləndirmək üçün başlıca amil maddi təməllərdir”
07 Aprel 2026 11:37
Deputatlar bu məsələləri müzakirə edəcəklər
07 Aprel 2026 11:32


Bakı -°C

