17 Noyabr 2023 12:19
3528
ŞOU-BİZNES

Aparıcı efir məkanını süpürdü

ATV telekanalında ənənəvi olmayan hal yaşanıb.

ATV-nin tanınmış siması Zaur Baxşəliyev studiada çirklənmiş yeri süpürüb.

Adalet.az xəbər verir ki, aparıcı “Bizimləsən” proqramının yayımlandığı studiada  tullantı görüb. O,  rejissor otağından süpürgə istəyib. Və həmin yeri özü süpürəcəyini deyib:

“Bura mənim üçün məbəddir. Qurban olum bu zalın hər küncünə. Mən buranın həm böyüyü, həm süpürgəçisi, həm də aparıcısıyam. Burda pis heç nə yoxdur. İnsan çörək qazandığı yerə hörmət etməlidir”

Əntiqə