"AQEM-ə üzvlük böyük məsuliyyət və öhdəlik yaradır" - Laos Prezidenti
Hazırkı dövr və regional və beynəlxalq mühitin reallıqları Laos xalqı və dövlətinin bu təşkilata üzvlüyünün əhəmiyyətini artırıb. Laos AQEM-in yeni üzvünə çevrilib.
Adalet.az xəbər verir ki, bunu Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
“Çoxtərəfliliyə, BMT xartiyalarına və sülh içərisində yaşama və daxili məsələlərə müdaxilə edilməməsi prinsipləri əsasında qarşılıqlı faydalı əməkdaşlıq qura bilərik. Biz AQEM-i əməkdaşlıq platforması olaraq görürük. Bu təşkilata, tamhüquqlu üzv olmaq bizə milli qürur verməklə yanaşı, üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır. Dünyamızda bu gün çox böyük çağırışlar mövcuddur və regional və beynəlxalq təhlükəsizlik mühiti transformasiyadan keçir. Buna təsir edən bir çox faktorlar var”, - deyə Laos Prezidenti vurğulayıb.
Digər Xəbərlər
15 Oktyabr 2026 14:36
Hakan Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik
15 Oktyabr 2026 14:25
"Azərbaycan AQEM-ə səmərəli sədrlik edir" - İqor Sergeyenko
15 Oktyabr 2026 14:21
Sahibə Qafarova görüş keçirdi
15 Oktyabr 2026 14:16
Prezident AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTOLAR - YENİLƏNİB
15 Oktyabr 2026 14:12
"Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir" - Vanq Yin
15 Oktyabr 2026 14:11
"Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib"
15 Oktyabr 2026 14:02
"Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir" - Berdiməhəmmədov
15 Oktyabr 2026 14:01


Bakı -°C

