Bakıda iki nəfərin öldüyü qəza - ANBAAN VİDEO
Oktyabrın 14-ü saat 01:35 radələrində, Bakı şəhər sakini Əsgər Zərbəliyevin idarə etdiyi “Volkswagen” markalı, 77 XS 274 dövlət qeydiyyat nişanlı avtomobil Sabunçu rayonu, Bilgəh qəsəbəsinin ərazisində hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.
Adalet.az xəbər verir ki, ilkin məlumata görə yüksək sürət və sürücünün sükan arxasında sərxoş vəziyyətdə olması səbəbindən baş verən qəzada avtomobildə olan sərnişinlər – paytaxt sakini Kamran Əliyev və Qax rayon sakini Təbriz Əliyev hadisə yerində həyatlarını itirib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi son günlər sərxoş vəziyyətdə sükan arxasına keçən şəxslərin təqsiri səbəbindən ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin təkrarlanmasından ciddi narahatlığını bildirir və bir daha sürücülərə müraciət edərək onları əksər hallarda ölümlə nəticələnən bu kimi kobud qayda pozuntularından cəkinməyə çağırır.
Digər Xəbərlər
15 Oktyabr 2026 11:53
Nasaz yük maşını yolda qaldı - Tıxac yarandı
15 Oktyabr 2026 08:52
Bakıda tozlu hava müşahidə olunur - İki gün davam edəcək
14 Oktyabr 2026 22:16
Bakıda məktəb mühafizəçisinə hücum edib başını yardılar
14 Oktyabr 2026 17:22


Bakı -°C

