Aqil Abbasın seçiciləri ilə görüşləri davam edir – FOTOLAR
85 saylı Füzuli-Ağcabədi Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Aqil Məhəmməd oğlu Abbasov ( Aqil Abbas) Ağcabədi rayonun Yuxarı Qiyamədinli kəndində seçicilərlə açıq havada görüş keçirib.Görüşdən öncə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Adalet.az xəbər verir ki, görüş zamanı deputatlığa namizəd son vaxtlar ölkədə aparılan islahatlar, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları, ölkənin daxili və xarici siyasətindəki vəziyyət, eləcə də, özü və fəaliyyəti haqqında ətraflı məlumat verib.
Daha sonra kənd sakinlərinin qayğılarını dinləyən Aqil Abbas ölkəmiz güclənir və yaxın zamanlarda həllini gözləyən problemlərin də öz həllini tapacağına inandığını deyib. A. Abbas Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, beynəlxalq siyasətdə Azərbaycanın rolu və yeri haqqında, bütün ölkədə, eləcə də 85 saylı Füzuli-Ağcabədi seçki dairəsi ərazisində və ümumiyyətlə cənab Prezidentimizin rəhbərliyi altında dövlət tərəfindən həyata keçirilmiş böyük işlər, önəmli layihələri vurğulayaraq rayonun daha da inkişafı istiqamətində işlərin daha da sürətlənəcəyini deyib.
Seçicilər yenə seçimlərinin Aqil Abbas olacağını vurğulayıblar və ona uğurlar diləyiblər.
Digər Xəbərlər
01 Aprel 2026 20:44
Regionda çox şey kökündən dəyişəcək... - Səxavət Məmməd yazır
01 Aprel 2026 19:00
Əli Əsədov TDT-nin Baş katibi ilə əməkdaşlığın perspektivlərini müzakirə edib
01 Aprel 2026 18:37
XİN-də "Konsul leqallaşdırılması" informasiya sistemi yaradılacaq
01 Aprel 2026 18:18


Bakı -°C

