Aradan keçən 5 il Zəhranı və nənəsini bizə unutdurmadı! UNUTMADIQ!
2017-ci il iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutuldu.
O radələrdə erməni təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyeva qətlə yetirildi. 5 iyunda onlartorpağa tapşırıldı .
Adalet.az xəbər verir ki, həmin gündən artıq 5 il ötür. Əgər erməni vəhşiliyi olmasaydı , Zəhra balamız bu il birinci sinfi bitirmiş olardı.
Xatıdladaq ki, Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sahibə İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. Həkimlərin səyi nəticəsiz qalıb. Erməni terrorizminin qurbanı olmuş nənə və nəvə 5 iyulda dəfn edilib.
Azərbaycan Ordusu bu qətlin qisasını erməni terrorçulardan dönə-dönə alıblar. Allah bütün şəhidlərimizin məkanını cənnət etsin, Azərbaycan Ordusunu dahaqüdrətli və yenilməz etsin!
Əntiqə Rəşid
Digər Xəbərlər
29 Sentyabr 2026 16:42
Zeynal Nağdəliyev yeni icra başçısını kollektivə təqdim etdi
29 Sentyabr 2026 14:50
Əvəz Zeynallı dəfn edildi
29 Sentyabr 2026 12:51
Polis təhlükəsizliyi yüksək səviyyədə təmin etdi...
29 Sentyabr 2026 12:29
Əli Həsənovun qızının Dubay mağazası: 3 milyonluq... - FOTO
28 Sentyabr 2026 22:00
İcra başçısı məmuru danladı - "Camaatın ağzından vurmayın" - VİDEO
28 Sentyabr 2026 19:07
Prezidentin Gədəbəyə təyin etdiyi icra başçısı kimdir? -DOSYE
28 Sentyabr 2026 19:04
Hazırda bu rayonların icra başçısı YOXDUR
28 Sentyabr 2026 17:38


Bakı -°C

