Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu
Azərbaycanın avtomobil elanları portallarında xüsusi kombinasiyalı dövlət qeydiyyat nişanlarının fantastik qiymətlərə satışa çıxarılması diqqət çəkir.
Adalet.az yenisabah-a istinadən xəbər verir ki, satışa qoyulan bəzi avtomobil nömrələrinin qiyməti paytaxtdakı mənzil qiymətlərini geridə qoyur:
10 MC 010 (600 000 AZN) - Siyahının mütləq lideri və qiymət rekordçusu! Yarım milyon manatdan da baha - tam 600 min AZN-ə satışa çıxarılan bu nömrə paytaxtın mərkəzində lüks mənzillərin qiymətini belə geridə qoyur.
10 AS 555 (200 000 AZN) - İkinci sırada "10" seriyası və xüsusi "üçlük" kombinasiyası ilə seçilən nömrə qərarlaşıb. Bu prestijli qeydiyyat nişanı 200 min manata təklif olunur.
10 TT 222 (160 000 AZN) - Üçüncü pillədə yer alan qoşa hərfli və eyni rəqəmlər silsiləsindən ibarət dövlət qeydiyyat nişanı isə 160 min manat qiymətlə alıcı axtarışındadır.
Qeyd edək ki, qiymət paradında həmçinin "10 CD 333" (115 000 AZN), "10 AA 969" (110 000 AZN) və "10 ZY 100" (110 000 AZN) kimi digər diqqətçəkən nömrələr də yer alır.
Digər Xəbərlər
25 Noyabr 2026 17:53
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verildi - VİDEO
25 Noyabr 2026 08:43
Bu yollarda TIXAC VAR - SİYAHI
24 Noyabr 2026 10:04
Bakıda yeni quraşdırılacaq işıqforlar bu qaydada çalışacaq - FOTOLAR
24 Noyabr 2026 08:41


Bakı -°C

