adalet.az header logo
  • Bakı -°C
25 Noyabr 2026 16:52
60
SİYASƏT
A- A+

Kərim Vəliyev Tacikistanın hərbi nümayəndə heyəti ilə görüşdü

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Tacikistan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat İdarəsinin rəisi general-mayor Şaraf Egamzodun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Adalet.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, qonaqları salamlayan Baş Qərargah rəisi ölkələrimiz arasında hərbi əməkdaşlığın vəziyyətindən məmnunluğunu ifadə edib, bu əməkdaşlığın gələcəkdə hərbi əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyini diqqətə çatdırıb.

Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən general-mayor Ş.Egamzod ölkəmizə səfər etməsindən məmnun olduğunu bildirib, bu cür görüşlərin, o cümlədən müdafiə sahəsində təcrübə mübadiləsinin aparılmasının ordularımız arasında əlaqələrin daha da inkişaf etdirilməsində vacib rol oynadığını xüsusi vurğulayıb.

Görüşdə Azərbaycan ilə Tacikistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.