Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətlərində tarixi gündür
Bu gün Azərbaycan və Litva arasında münasibətlərdə tarixi gündür.
Adalet.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda litvalı həmkarı Kestutis Budris ilə birgə brifinqdə deyib.
Onun sözlərinə görə, görüşdə Azərbaycan və Litva arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb, həmçinin regional və beynəlxalq məsələlər müzakirə edilib.
Nazir qeyd edib ki, iki ölkə arasında münasibətlər tarixən açıq dialoq və qarşılıqlı hörmət əsasında qurulub, siyasi dialoq isə liderlər səviyyəsində hər zaman yüksək səviyyədə olub:
"Bu gün iki ölkə arasında münasibətlər baxımından tarixi gündür. 2007-ci ildə ölkələrimiz arasında ilk çərçivə sənədi imzalanmışdı, bu gün isə artıq Azərbaycan-Litva arasında strateji əməkdaşlığa dair Birgə Bəyannaməni imzaladıq".
Digər Xəbərlər
25 Noyabr 2026 12:32
Azərbaycandan Ermənistana nə qədər yük daşınıb? - PREZİDENT AÇIQLADI
25 Noyabr 2026 12:30
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTOLAR
25 Noyabr 2026 12:27
Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib
25 Noyabr 2026 12:05
İrəvan Bakı ilə Naxçıvanı birləşdirəcək dəmir yolunun tikintisinə başlayır
25 Noyabr 2026 11:54
Nazirlərin görüşü başladı - YENİLƏNİB
25 Noyabr 2026 11:41
Özbəkistan parlamentinin sədri Azərbaycana gəldi - FOTO
25 Noyabr 2026 10:34
“Pekin ABŞ-nin İrandakı rejimin məğlubiyyətə uğradılmasına da imkan vermək istəmir”
25 Noyabr 2026 10:14


Bakı -°C

