Bakıda kişi sevgilisini tozsoranın borusu ilə döydü
Bakıda kişi arvadını döyüb.
Adalet.az xəbər verir ki, hadisə Xəzər rayonu, Zirə qəsəbəsində qeydə alınıb.
35 yaşlı Aydın Talıbov (şərti adla) gecə saat 3-4 radələrində yaşadıqları evdə qeyri-rəsmi münasibətdə yaşadığı Sənəmlə (şərti adla) qısqanclıq zəminində mübahisə ediblər. Mübahisə zamanı Aydın əvvəlcə əli ilə qadının baş və boyun nahiyələrinə, sonra isə tozrosanın metal borusu ilə qollarına və ayaqlarına zərbələr vurub. Nəticədə qadın bir sıra xəsarətlər alıb.
Zərərçəkənin şikayəti əsasında hadisə ilə bağlı cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, hadisə zamanı sərxoş olub. O, əməlindən peşman olduğunu və zərərçəkənə dəymiş ziyanı ödədiyini deyib. Zərərçəkən də həmçinin Aydına qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə A. Talıbov 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.
Digər Xəbərlər
25 Noyabr 2026 12:47
37 yaşlı qadın qazdan boğuldu
24 Noyabr 2026 18:47
Dələduzların qurbanı olmayın...
24 Noyabr 2026 15:26
Badamdarda sürüşmə davam edir, çatlar genişlənib
24 Noyabr 2026 10:51
DSX-nin əsgəri vəfat etdi
24 Noyabr 2026 10:11
Cəlilabad İctimaiyyətinə ağır itki - FOTO
23 Noyabr 2026 17:43
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
23 Noyabr 2026 12:12
Bakıda pirotexniki vasitələr aşkar edildi
23 Noyabr 2026 10:55


Bakı -°C

