"Araz-Naxçıvan" "Karvan-Yevlax"la səfərdə qarşılaşacaq
Misli Premyer Liqasının XXI turunda bu gün daha bir oyun keçiriləcək.
Adalet.az-ın məlumatına görə, günün yeganə matçında cari mövsümün ortabab komandalarından "Araz-Naxçıvan" Yevlax şəhər stadionunda autsayder "Karvan-Yevlax"ın qonağı olacaq.
Baş məşqçi Andrey Demçenkonun rəhbərliyi altında ötən tur ilk qalibiyyətini alan Naxçıvan kollektivi uğurlu seriyanı bu görüşdə də davam etdirmək niyyətindədir.
Aran təmsilçisi isə 6 aylıq qələbə həsrətinə son qoymağı hədəfləyir. Tərəflər arasında ilk dövrədə keçirilən görüşdə "Araz-Naxçıvan" qalib gəlib - 2:1.
Turnir cədvəlində "Araz-Naxçıvan" 30 xalla altıncıdır. Sonuncu olan "Karvan-Yevlax" isə 6 xalla on ikinci pillədə yer alıb.
Misli Premyer Liqası
II dövrə, XXI tur
21 fevral
14:30. "Karvan-Yevlax" – "Araz-Naxçıvan"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ruslan Quliyev.
VAR: Tural Qurbanov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Yevlax şəhər stadionu
Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" "Zirə"ni (2:0) məğlub edib. "Sumqayıt" - "Qəbələ" oyununda isə qapılara qol vurulmayıb. Bu gün keçirilməsi nəzərdə tutulan "Neftçi" – "Qarabağ" qarşılaşması daha əvvəl qeyri-müəyyən müddətə təxirə salınıb.
XXI tura fevralın 22-də yekun vurulacaq.
Digər Xəbərlər
20 Fevral 2026 23:28
Ronaldo oruca başladı
20 Fevral 2026 18:58
“Turan Tovuz” “Zirə”ni məğlub etdi
20 Fevral 2026 09:44
Azərbaycan UEFA reytinqində bir pillə gerilədi
19 Fevral 2026 19:42
Xizək alpinizmi üzrə Olimpiya çempionu müəyyənləşdi
19 Fevral 2026 17:00
Bəhlul Mustafazadə 3 ay oynamayacaq
19 Fevral 2026 10:28
Gənc idmançımız Avrasiya çempionatının qalibi oldu - FOTO
19 Fevral 2026 10:24
GoTürkiye brendi Antaliyada keçirilən yarışa ev sahibliyi etdi - FOTOLAR
19 Fevral 2026 10:02


Bakı -°C

