"Araz-Naxçıvan" "Turan Tovuz"a, "Sabah" "Səbail"ə qarşı
Bu gün Misli Premyer Liqasında XV turun oyunlarına start veriləcək.
Adalet.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçı “Liv Bona Dea Arena"da "Araz-Naxçıvan" və "Turan Tovuz" komandaları arasında olacaq. Saat 16:00-da başlayacaq görüşü Cavid Cəlilov idarə edəcək. Hazırda Naxçıvan təmsilçisi 33 xalla 2-ci, Tovuz klubu isə 27 xalla 3-cü pillədə qərarlaşıb.
Günün son oyununda isə “Sabah” "Bank Respublika Arena"da "Səbail"i sınağa çəkəcək. Qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə olacaq. Rusiyalı baş məşqçi Vasili Berezutskinin “Sabah”ın sükanı arxasında debüt edəcəyi görüş saat 19:00-da start götürəcək.
Turnir cədvəlində “Sabah” 19 xalla 5-ci, "Səbail" 8 xalla 9-cudur.
Qeyd edək ki, turun digər oyunları noyabrın 30-da və dekabrın 1-də keçiriləcək.
Digər Xəbərlər
29 Oktyabr 2026 06:58
Etirazlara görə Avropa Liqası matçının vaxtı dəyişdi
28 Oktyabr 2026 18:00
UEFA Gənclər Liqası: “Qarabağ” ilk oyunda Xorvatiya klubuna uduzdu
28 Oktyabr 2026 12:40
Yamalın atası hava limanında qalmaqal yaratdı
28 Oktyabr 2026 09:47


Bakı -°C

