“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” - Onlar da əhaliyə xəbərdarlıq etdi
Yaponiya hökuməti mümkün dağıdıcı zəlzələlər və Fuji dağının püskürməsi təhlükəsi ilə əlaqədar əhalini ən azı üç günlük, imkan daxilində isə bir həftəlik ərzaq, içməli su və portativ tualet ehtiyatı toplamağa çağırıb.
Adalet.az-ın xəbərinə görə, xəbərdarlığın səbəbi odur ki, böyük fəlakətlər zamanı yollar dağıla, rabitə xətləri kəsilə və xilasedicilər zərərçəkən ərazilərə günlərlə çatmaya bilər.
Hökumət vətəndaşların yardım gələnədək əsas ehtiyaclarını özləri qarşılaya bilmələri üçün əvvəlcədən hazırlaşmalarını istəyir.
“Fuji TV”nin məlumatına görə, fəlakətlərin qarşısının alınması naziri Qoşi Hosono noyabrın 2-də yeni Fəlakətlərin Qarşısının Alınması Agentliyinin fəaliyyətə başlaması ilə əlaqədar əhaliyə və dövlət qurumlarına müraciət edəcək. Yeni qurumun məqsədi ölkənin təbii fəlakətlərə hazırlığını gücləndirməkdir.
Risk ssenarilərinə Tokio yaxınlığında baş verə biləcək güclü zəlzələlər, Nankai çökəkliyində dağıdıcı yeraltı təkanlar və Fuji dağının mümkün püskürməsi daxildir.
Avropa Komissiyası vətəndaşlara böhran zamanı ən azı 72 saat özlərini təmin etməyə imkan verən ehtiyat dəsti hazırlamağı tövsiyə edir. Buraya içməli su, uzun müddət saxlanıla bilən qida, enerji mənbələri və nağd pul daxildir.
Qeyd edək ki, Böyük Britaniya da əhalini üç günlük ərzaq və su ehtiyatı saxlamağa çağırıb. İsveç və Norveçdə ən azı bir həftəlik, Almaniyada isə üç günlük, imkan daxilində on günlük ehtiyat yaradılması tövsiyə olunur. Bu tədbirlər təbii fəlakətlər və digər böhranlar zamanı rəsmi yardım gələnədək insanların əsas ehtiyaclarını qarşılaya bilməsinə hesablanıb.
Digər Xəbərlər
29 Oktyabr 2026 07:42
ABŞ-də nüvə kompleksində yanğın - Fövqəladə vəziyyət elan edildi
29 Oktyabr 2026 07:01
Türkiyədən Qara dənizdəki hücumlara sərt reaksiya - “Ağıllı davranın”
29 Oktyabr 2026 06:58
Trampdan Netanyahunun seçkidəki taleyinə dair - Açıqlama
29 Oktyabr 2026 06:56


Bakı -°C

