“Kürk Mantolu Madonna” film olur
Türk ədəbiyyatının unudulmaz klassiklərindən olan Sabahattin Alinin “Kürk Mantolu Madonna” romanı bədii film kimi böyük ekrana köçürülür.
Adalet.az xəbər verir ki, rejissorluğunu Sedat İncinin edəcəyi layihədə baş qəhrəmanlardan biri olan “Maria Puder” obrazını yaratmaq üçün tanınmış aktrisa Farah Zeynep Abdullahla danışıqlar aparılır.
“Dilberay” və “Cem Karacanın Göz Yaşları” kimi uğurlu ekran əsərlərinə imza atan “Fikri Harika Productions” və “Saçaklı Film Studiyaları”nın birgə tərəfdaşlığı ilə ərsəyə gələcək filmin kastinq prosesi davam edir. Farah Zeynep Abdullahla razılıq əldə olunacağı təqdirdə aktrisa “Maria Puder” obrazına həyat verəcək. Romanın digər baş qəhrəmanı “Raif Efendi” rolunu kimin ifa edəcəyi isə hələlik açıqlanmayıb.
İlk dəfə 1943-cü ildə nəşr olunan “Kürk Mantolu Madonna” romanı qapalı xasiyyətli “Raif Efendi”nin gənclik illərində Berlindəki sənət qalereyasında gördüyü bir portretdən təsirlənməsi və rəsmin müəllifi olan azad ruhlu rəssam “Maria Puder”lə yaşadığı dərin, lakin faciəvi sevgisindən bəhs edir. Sabahattin Alinin psixoloji təhlilləri ilə seçilən bu incisi nəşrindən onilliklər keçməsinə baxmayaraq, hələ də ən çox oxunan əsərlər sırasındadır.
Digər Xəbərlər
29 Oktyabr 2026 07:03
Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqladı
28 Oktyabr 2026 17:54
Yeni işi bəlli oldu
28 Oktyabr 2026 16:53
"Deyirlər, Oqtay Əliyevin vəfatından sonra Dilarə daha çox parladı"
28 Oktyabr 2026 13:08
Luna: "Pulsuz kişi nəyimə gərəkdir?”
28 Oktyabr 2026 12:41
Əməkdar artistin qızı: “Anamın müalicəsi üçün yüksək məbləğ lazımdır”
28 Oktyabr 2026 07:20
Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
28 Oktyabr 2026 07:18
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
28 Oktyabr 2026 07:16


Bakı -°C

