Əməkdar artistin qızı: “Anamın müalicəsi üçün yüksək məbləğ lazımdır”
Bizə xalqın və anamın sənət dostlarının mənəvi dəstəyi gərəkdir. Biz Cənab Prezidentdən kömək istəyirik. Ölkə başçımızdan dəstək gözləyirik. Möhtərəm prezident bütün sənət adamlarına həmişə diqqət- qayğı göstərib. Ümid edirəm ki, bizim səsimiz ölkə başçımıza çatacaq. İnanıram ki, arzumuz reallaşacaq .
Bu sözləri Adalet.az-a açıqlamasında əməkdar artist Firuzə İbadovanın qızı Hülya deyib:
“Anam hazırda yenə müalicə alır. Ümid edirik ki, yenidən əməliyyat olunmaycaq. Bu bizim arzumuzdur. Firuzə İbadova 50 ildir bu sənət üçün xidmət edib. İndi səhhətində yaranmış problem üçün dövlətinə çağırış edir. Özünü incəsənətə fəda edən bir adam dövlətdən dəstək istəyir. Bizim başqa çarəmiz yoxdur. Anamın sənət dostları da onu ziyarət edəndə maddi dəstək olurlar. Biz onlardan maddi dəstək gözləmirik, mənəvi olaraq yanımızda olmaları bizim üçün hər şey deməkdir. Anamın müalicəsi üçün yüksək məbləğ lazımdır. Bu da bizim imkanlarımız daxilində deyil”.
Əntiqə
Digər Xəbərlər
28 Oktyabr 2026 13:08
Luna: "Pulsuz kişi nəyimə gərəkdir?”
28 Oktyabr 2026 07:20
Rafet El Roman evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"
28 Oktyabr 2026 07:18
Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
28 Oktyabr 2026 07:16


Bakı -°C

