Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar
"Ölkəmizin nailiyyətləri, müstəqil siyasəti çoxlarını narahat edir".
Adalet.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Heydər Əliyev Mərkəzində təşkil olunan “Dinlərin dialoqu: Ortaq gələcəyə yol xəritəsi” adlı tədbirdə deyib.
"Xaricdən yönləndirilən bütün növ təxribatlara, dövlətçiliyimizə, müstəqilliyimizə və mənəviyyatımıza ölkəmizin hüdudlarından kənardan uzanan dillərə layiqincə cavab verməyə qadirik və hazırıq. Sapı özümüzdən olan məkrli, xəyanətkar qüvvələrin qarayaxmalarına, hər hansı təxribatlara, ideoloji təhdidlərə qarşı xalqımız, dindarlarımız hər an ayıq-sayıqdır. Azərbaycan dindarları ölkəmizin uğurları, o cümlədən, mədəni-mənəvi-dini müstəvidə nailiyyətləri, himayə və diqqətindən fəxarət duyurlar və hər zaman dövlətin, dövlət başçımızın əməllərini təqdir edirlər. Dindarlar hər zaman dövlətimizin yanındadırlar. Dünya ictimaiyyəti tərəfindən örnək olaraq qəbul edilən həyat modelimiz müstəqil Azərbaycanın milli sərvətidir", - qeyd edib.
Digər Xəbərlər
28 Oktyabr 2026 13:59
Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb
28 Oktyabr 2026 13:13
"Müxtəlif regionlarda islamofobiyaya qarşı mübarizədə Alyansı dəstəkləyirik" - Ramin Məmmədov
28 Oktyabr 2026 12:53
Nazirliyə Aparat rəhbəri təyin olundu
28 Oktyabr 2026 12:20
DYP elektroskuter istifadəçilərinə müraciət edib
28 Oktyabr 2026 11:56
XRİTDX Xüsusi Rabitə Sistemləri Laboratoriyasını istifadəyə verib - VİDEO
28 Oktyabr 2026 11:52
Bakıda bütün köhnə avtobuslar tarixə qovuşur
28 Oktyabr 2026 10:54
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
28 Oktyabr 2026 10:53


Bakı -°C

