Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 13-də Gəncə şəhərində növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.
Adalet.az xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında keçiriləcək qəbulda Gəncə, Naftalan, Samux, Göygöl, Goranboy, Daşkəsən, Xocalı, Kəlbəcər şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.
Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı noyabrın 12-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı noyabrın 13-də 08:00-da DİN Daxili Qoşunların Gəncə şəhərində yerləşən hərbi hissəsində keçiriləcək.
Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
Digər Xəbərlər
28 Oktyabr 2026 11:52
Bakıda bütün köhnə avtobuslar tarixə qovuşur
28 Oktyabr 2026 10:53
"Beynəlxalq təcrübəyə uyğun antikorrupsiya qurumları yaradılıb" - Kamran Əliyev
28 Oktyabr 2026 10:52
"Korrupsiya hamımızın qarşılaşdığı ümumi problemdir" - Baş prokuror
28 Oktyabr 2026 10:07
Selin dağıtdığı körpünün yerində yenisi inşa edildi
28 Oktyabr 2026 09:58
Sakinlər "Osmanlı hamam"ının fəaliyyətindən şikayətçidirlər - VİDEO
28 Oktyabr 2026 09:02
Bəzi yollarda sıxlıq yarandı - SİYAHI
28 Oktyabr 2026 07:09
Ramiz Mehdiyevin 7 milyardlıq əmlakının SİYAHISI
27 Oktyabr 2026 20:03


Bakı -°C

