"Korrupsiya hamımızın qarşılaşdığı ümumi problemdir" - Baş prokuror
Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının nümayəndələrinin iclası başlayıb.
Adalet.az-ın məlumatına görə, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev bu mühüm görüşə ev sahibliyi etməkdən və qonaqları Bakıda salamlamaqdan şərəf duyduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, korrupsiya dünyanın hər yerində milyonlarla insanın rifahına mənfi təsir göstərir, qanunun aliliyini zəiflədir, cəmiyyətlərin iqtisadi və sosial sabitliyini pozur və mütəşəkkil cinayətkarlıq üçün əlverişli zəmin yaradır.
"Korrupsiyanın mənfi təzahürlərinə bütün hüquq sistemlərində rast gəlinir. Buna görə də korrupsiya qlobal hadisədir və hamımızın qarşılaşdığı ümumi problemdir".
Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizənin effektivliyini təmin edən əsas amillərdən biri güclü siyasi iradədir.
"Azərbaycanda Prezident İlham Əliyevin birgə qabaqlayıcı və inzibati tədbirlərin həyata keçirilməsi istiqamətində nümayiş etdirdiyi güclü siyasi iradə korrupsiyaya qarşı səmərəli mübarizənin aparılması ilə nəticələnib. Qısa müddət ərzində genişmiqyaslı hüquqi və institusional islahatlar həyata keçirməklə Azərbaycan beynəlxalq antikorrupsiya standartlarına uyğun müasir hüquqi baza formalaşdırıb. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi prokurorluq orqanlarının strukturuna daxil olan ixtisaslaşmış hüquq-mühafizə qurumudur".
K. Əliyevin sözlərinə görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi korrupsiya cinayətləri üzrə ibtidai istintaq aparır və əməliyyat-axtarış tədbirlərini həyata keçirmək səlahiyyətinə malikdir.
"Ölkəmiz yalnız cəza tədbirlərinə deyil, həm də korrupsiyanın qarşısının alınmasına xüsusi diqqət yetirir. Bu baxımdan, dövlət xidmətlərini şəffaf şəkildə, “bir pəncərə” prinsipi əsasında, vahid və əlaqələndirilmiş formada təqdim edən “ASAN xidmət” mərkəzləri dövlət idarəçiliyində şəffaflığın təmin olunmasına mühüm töhfə verib.
Antikorrupsiya siyasətimizin digər mühüm istiqaməti beynəlxalq tərəfdaşlarla əməkdaşlıq və təcrübə mübadiləsidir. Çünki bu sosial bəla ilə mübarizə aparmaq üçün səylərimizi birləşdirməliyik".
Digər Xəbərlər
28 Oktyabr 2026 10:54
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
28 Oktyabr 2026 10:53
"Beynəlxalq təcrübəyə uyğun antikorrupsiya qurumları yaradılıb" - Kamran Əliyev
28 Oktyabr 2026 10:07
Selin dağıtdığı körpünün yerində yenisi inşa edildi
28 Oktyabr 2026 09:58
Sakinlər "Osmanlı hamam"ının fəaliyyətindən şikayətçidirlər - VİDEO
28 Oktyabr 2026 09:02
Bəzi yollarda sıxlıq yarandı - SİYAHI
28 Oktyabr 2026 07:09
Ramiz Mehdiyevin 7 milyardlıq əmlakının SİYAHISI
27 Oktyabr 2026 20:03
Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə iclası keçirildi
27 Oktyabr 2026 17:16


Bakı -°C

