adalet.az header logo
  • Bakı -°C
28 Oktyabr 2026 09:58
73
GÜNDƏM
A- A+

Sakinlər "Osmanlı hamam"ının fəaliyyətindən şikayətçidirlər - VİDEO

Paytaxtın Yasamal rayonu Əsəd Əhmədov küçəsi 2 ünvanında yaşayan sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən narazıdırlar.

Adalet.az Xəzər Tv-yə istinadən xəbər verir ki, sakinlər gecələr generatorun səsi, gündüzlər isə tüstüdən narahat olduqlarını bildirirlər. 

Bu problem tez-tez təkrarlanır.

İddialara münasibət bildirən istirahət məkanının administratoru Həsən Məmmədov sakinlərin rahatlığını təmin etmək və səs-küyü minimuma endirmək məqsədilə generator dəstinin ətrafına akustik panellər və səsboğucu materiallar quraşdıracağını vəd etdi.