adalet.az header logo
  • Bakı -°C
27 Oktyabr 2026 17:16
86
GÜNDƏM
A- A+

"Azad olunmuş ərazilərdə aparılan bərpa işləri digər ölkələr üçün maraqlı ola bilər"

Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı bərpa-quruculuq işlərinə yanaşma digər ölkələr üçün maraqlı ola bilər.

Adalet.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Mədəniyyət mərkəzdə: SECURE ilə ortaq gələcəyə etibarlı yollar" adlı panel sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə bir sıra mədəni tarixi-abidələr artıq bərpa edilib:

"Həmin abidələrin bəzilərində xüsusi yanaşmalar tətbiq olunub. Bu yanaşmalar digər ölkələr üçün maraqlı ola bilər. O baxımdan, bu gün Ağdam, Füzuli və Xocəvənd rayonlarında aparılan bərpa quruculuq işlərindən geniş danışdıq".