DYP iki gəncin öldüyü qəzanın səbəbini açıqladı - VİDEO
Xəbər verdiyimiz kimi, dünən saat 14:00 radələrində, Bakı-Yevlax avtomobil yolunun Qaraoğlan kəndi ərazisindən keçən hissəsində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Adalet.az xəbər verir ki, DİN-in Baş DYP İdarəsi qəzaya uğrayan avtomobildə texniki nasazlığın olduğunu açıqlayıb.
Bildirilib ki, 24 yaşlı Yevlax sakini Oruc Məmmədov “BMW” markalı avtomobillə hərəkətdə olarkən, ilkin ehtimala görə yüksək sürət və təkər sistemində yaranan nasazlıq səbəbindən idarəetməni itirərək yolun kənarına aşıb.
Qəza nəticəsində ağır xəsarətlər alan sürücü və həmyerlisi olan 30 yaşlı sərnişini Emil Paşayev xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.
Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəblərdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini bir daha xatırladır və sürücüləri avtomobillərinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə və əksər faciələrin başlancığı olan sürət amilinə hər zaman həssaz yanaşmağa çağırır.
Digər Xəbərlər
28 Oktyabr 2026 09:42
Akif Beybutov vəfat etdi
28 Oktyabr 2026 07:08
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
27 Oktyabr 2026 18:00
Sərhədi pozmağa cəhd edən 3 Əfqanıstan vətəndaşı SAXLANILDI
27 Oktyabr 2026 15:19
Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu
27 Oktyabr 2026 13:06
Siyəzəndə qadın boğularaq öldürüldü - Qohumu saxlanıldı
27 Oktyabr 2026 09:56
Türkiyədə Azərbaycanın "arzuolunmaz" elan etdiyi şəxs saxlanıldı
27 Oktyabr 2026 09:00
Ermənistanın Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
26 Oktyabr 2026 17:51


Bakı -°C

