Keçmiş icra başçısı Teymur Yəhyayev dünyasını dəyişdi
Tanınmış jurnalist, politoloq, ictimai-siyasi xadim və Masallı Rayon İcra Hakimiyyətinin iki dəfə başçısı olmuş Teymur Yəhyayev vəfat edib.
Adalet.az xəbər verir ki, bu barədə Fakt.info-ya mərhumun yaxınları məlumat verib.
Qeyd olunub ki, T.Yəhyayev Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib.
Məlumata görə, açıq ürək əməliyyatı keçirən Teymur Yəhyayev komadan ayılmayıb.
Mərhumun nəşinin sabah doğulduğu Masallı rayonunun Ərkivan qəsəbəsinə gətiriləcəyi bildirilir.


Bakı -°C

