Azərbaycan və Yaponiya arasında vizasız rejim genişləndirilə bilər
Yapon filminin çəkilişlərindən sonra Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq. Biz görürük ki, onlar Azərbaycanı olduqca maraqlı istiqamət kimi kəşf edirlər. Vizasız gediş-gəliş rejimi üçün birillik sistem tətbiq etmişik və əlbəttə ki, bunun uzadılmasını səbirsizliklə gözləyirik.
Adalet.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiya zamanı deyib.
“Vizasız sistem bir növ ikitərəfli yoldur, çünki bir çox azərbaycanlılar da Yaponiyaya səfər etməyi arzulayırlar. Hesab edirəm ki, hər iki ölkənin müvafiq qurumları və xarici işlər nazirlikləri ölkələrimiz arasında turistlərin səfərini və mədəni əlaqələri asanlaşdıra biləcək tamamilə vizasız rejim yaratmaq üçün birlikdə işləyə bilərlər", - deyə Hikmət Hacıyev diqqətə çatdırıb.
Digər Xəbərlər
26 Oktyabr 2026 17:53
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev
26 Oktyabr 2026 17:09
"Afrika ölkələri ilə münasibətləri inkişaf etdirmək niyyətindəyik" - Hikmət Hacıyev
26 Oktyabr 2026 16:20
"Sülh sazişi tək kağız üzərində olmamalıdır" - Hikmət Hacıyev
26 Oktyabr 2026 16:14
"Azərbaycan revanş almaq niyyətində deyil" - Prezidentin köməkçisi
26 Oktyabr 2026 14:44
"Azərbaycan sülh məsələsinə son nöqtəni qoymağa hazırdır" - Nazir
26 Oktyabr 2026 14:09
Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib
26 Oktyabr 2026 14:01
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi
26 Oktyabr 2026 13:48


Bakı -°C

