"Sülh sazişi tək kağız üzərində olmamalıdır" - Hikmət Hacıyev
Sülh sazişi imzalana bilər, amma bu, tək kağız üzərində olmamalıdır.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması" çərçivəsində keçirilən "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiyada deyib.
Onun sözlərinə görə, saziş insanların həyatına mütləq töhfə verməlidir:
"Azərbaycan Prezidenti İlham Əliyev bu təşəbbüslə çıxış edir. Düşünün, Azərbaycanın 30 il ərzində mədəni-tarixi abidələri dağıntılar altında qalıb, insanları köçkün düşüb. Bütün bunların fonunda Prezident İlham Əliyev münaqişədən sonra da sülh təşəbbüsü ilə çıxış edib".
H. Hacıyev Vaşinqton görüşündən sonrakı prosesə də toxunub: "Azərbaycan sazişdə olan və icra edilməsi vacibiyyət daşıyan bir sıra məsələləri artıq həyata keçirməkdədir".
Digər Xəbərlər
26 Oktyabr 2026 17:09
"Afrika ölkələri ilə münasibətləri inkişaf etdirmək niyyətindəyik" - Hikmət Hacıyev
26 Oktyabr 2026 16:14
"Azərbaycan revanş almaq niyyətində deyil" - Prezidentin köməkçisi
26 Oktyabr 2026 14:44
"Azərbaycan sülh məsələsinə son nöqtəni qoymağa hazırdır" - Nazir
26 Oktyabr 2026 14:09
Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib
26 Oktyabr 2026 14:01
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi
26 Oktyabr 2026 13:48
Prezident Migel Anxel Moratinosu qəbul etdi - FOTOLAR
26 Oktyabr 2026 13:35
İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTOLAR
26 Oktyabr 2026 12:59


Bakı -°C

