Baş prokuror İƏT Baş katibi ilə görüşüb
Oktyabrın 26-da Baş prokuror Kamran Əliyev Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib.
Görüşdə Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları, eləcə də korrupsiyaya qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində irəli sürülən təşəbbüslərdə fəal iştirakını, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin korrupsiya hüquqpozmalarının aşkar edilməsi, qarşısının alınması və ibtidai araşdırmaların aparılması istiqamətində gördüyü işləri diqqətə çatdırıb.
Bu sahədə həyata keçirilən institusional islahatların mühüm istiqamətlərindən biri kimi “ASAN xidmət” modelinin əhəmiyyətini vurğulayan Baş prokuror qeyd edib ki, bu model dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılmasına və korrupsiya risklərinin azaldılmasına xidmət edən səmərəli idarəetmə mexanizmidir.
Görüş çərçivəsində Azərbaycan ilə İƏT arasında münasibətlərin ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanaraq, ölkəmizin təşkilat çərçivəsində fəal iştirakı və İslam həmrəyliyinin möhkəmləndirilməsinə verdiyi töhfələr qeyd olunub.
Baş prokuror, həmçinin, oktyabrın 27–28-də Bakıda keçiriləcək İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşünün əhəmiyyətini vurğulayaraq, tədbirin Azərbaycan ilə təşkilat arasında əməkdaşlığın daha da genişləndirilməsinə və əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcəyini bildirib.
Tərəflər korrupsiyaya qarşı mübarizənin cəmiyyətin sabitliyinin təmin olunması, dövlətlərin davamlı inkişafı və iqtisadi dayanıqlılığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və üzv dövlətlərin müvafiq qurumları arasında əlaqələrin gücləndirilməsi məsələlərini müzakirə ediblər.
İƏT-in Baş katibi qonaqpərvərliyə, səmimi qəbula və Bakıda keçiriləcək yüksəksəviyyəli görüşün təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. O, həmçinin təşkilat çərçivəsində hüquq-mühafizə orqanları arasında əməkdaşlığın yeni platformada inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğun təşəbbüsünü tam dəstəklədiyini vurğulayıb, eləcə də tədbirin uğurlu təşkilinə və səmərəli nəticələrlə yadda qalacağına əminliyini ifadə edib.
Digər Xəbərlər
26 Oktyabr 2026 18:22
Rövşən Rzayev vətəndaş qəbulu keçirib
26 Oktyabr 2026 17:14
Əli Məmmədov baş katib vəzifəsinə təsdiqləndi
26 Oktyabr 2026 16:26
5 marşrutun hərəkət sxemi dəyişdirildi
26 Oktyabr 2026 13:52
Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
26 Oktyabr 2026 13:34
Oktay Saral vəzifəsindən ayrıldı - RƏSMİ
26 Oktyabr 2026 13:21
PREZİDENTİN XANKƏNDİ, XOCALI VƏ AĞDƏRƏ RAYONLARI ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ VƏZİFƏSİ BOŞDUR
26 Oktyabr 2026 13:15
BİR MİLLƏT, İKİ DÖVLƏTİN BİRGƏ ŞARKISI
26 Oktyabr 2026 11:44


Bakı -°C

