DYP elektroskuter istifadəçilərinə müraciət edib
"Son dövrlər elektroskuterlərdən istifadə edən bəzi şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması halları müşahidə olunur".
Adalet.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin elektroskuter istifadəçilərinə müraciətində deyilir.
"Xüsusilə bir elektroskuterdə iki nəfərin hərəkət etməsi, svetoforun qadağanedici siqnalına məhəl qoyulmaması, qəfil və təhlükəli manevrlərin edilməsi, piyadaların hərəkətinə maneə yaradılması ciddi narahatlıq doğurur. Baş Dövlət Yol Polisi İdarəsi elektroskuter istifadəçilərinə müraciət edərək bildirir ki, hərəkət zamanı yol nişanlarının və svetoforun tələblərinə əməl edilməli, sürət həddi aşılmamalı, piyadaların təhlükəsizliyi mütləq nəzərə alınmalıdır.
Unutmayaq ki, yol mədəniyyəti yalnız qaydalara əməl etmək deyil, həm də digər hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmaqdır".
Digər Xəbərlər
28 Oktyabr 2026 13:13
"Müxtəlif regionlarda islamofobiyaya qarşı mübarizədə Alyansı dəstəkləyirik" - Ramin Məmmədov
28 Oktyabr 2026 12:57
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar
28 Oktyabr 2026 12:53
Nazirliyə Aparat rəhbəri təyin olundu
28 Oktyabr 2026 11:56
XRİTDX Xüsusi Rabitə Sistemləri Laboratoriyasını istifadəyə verib - VİDEO
28 Oktyabr 2026 11:52
Bakıda bütün köhnə avtobuslar tarixə qovuşur
28 Oktyabr 2026 10:54
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
28 Oktyabr 2026 10:53
"Beynəlxalq təcrübəyə uyğun antikorrupsiya qurumları yaradılıb" - Kamran Əliyev
28 Oktyabr 2026 10:52


Bakı -°C

