İlham Əliyev Çex Respublikasının Prezidentini təbrik etdi
Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Xoş ənənələrə malik Azərbaycan-Çexiya əlaqələrinin bu gün dinamik inkişaf etməsi bizi sevindirir. Fəal siyasi dialoq iqtisadi, enerji, nəqliyyat, müdafiə sənayesi, humanitar və digər sahələrdə əməkdaşlığımızın genişlənməsi üçün yaxşı zəmin yaradır.
İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə böyük potensiala malik olan dövlətlərarası münasibətlərimizin və səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Çexiya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Digər Xəbərlər
28 Oktyabr 2026 11:54
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
28 Oktyabr 2026 11:29
Azərbaycanda yeni qanun layihəsi hazırlanıb
28 Oktyabr 2026 11:01
"Korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir" - İlham Əliyev
28 Oktyabr 2026 11:00
“Rusiya ilə Ukrayna arasında enerji infrastrukturuna zərbələrin dayandırılması...”
28 Oktyabr 2026 10:53
"İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb" - Prezident
28 Oktyabr 2026 10:51
ABŞ vasitəçiliyi ilə gözlənilən Rusiya -Ukrayna danışıqları pozula bilər – Politoloq
28 Oktyabr 2026 10:45
“Türkiyə və Pakistan təmsilçiləri İrana gəlməmişdən 5 gün öncə...”
28 Oktyabr 2026 10:40


Bakı -°C

