Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb
Abşeron rayonunda Hökməli–Qobu–Güzdək avtomobil yolunun 2-ci kilometrliyində yolun hərəkət hissəsinin bərpası və nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə təmir-bərpa işlərinə başlanılır.
Bu barədə Adalet.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Təxminən 100 metr uzunluğa malik ərazini əhatə edən təmir-bərpa işləri ilə əlaqədar yolun qeyd olunan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb.
Sürücülərdən alternativ marşrut kimi 20 Yanvar küçəsi istiqamətindən istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
Xatırladaq ki, Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində də yol örtüyündə mövcud problemlərin aradan qaldırılması istiqamətində təmir-bərpa işləri davam etdirilir. Bununla əlaqədar həmin hissədə də nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti olaraq tam məhdudiyyət tətbiq edilib
Digər Xəbərlər
28 Oktyabr 2026 13:13
"Müxtəlif regionlarda islamofobiyaya qarşı mübarizədə Alyansı dəstəkləyirik" - Ramin Məmmədov
28 Oktyabr 2026 12:57
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar
28 Oktyabr 2026 12:53
Nazirliyə Aparat rəhbəri təyin olundu
28 Oktyabr 2026 12:20
DYP elektroskuter istifadəçilərinə müraciət edib
28 Oktyabr 2026 11:56
XRİTDX Xüsusi Rabitə Sistemləri Laboratoriyasını istifadəyə verib - VİDEO
28 Oktyabr 2026 11:52
Bakıda bütün köhnə avtobuslar tarixə qovuşur
28 Oktyabr 2026 10:54
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
28 Oktyabr 2026 10:53


Bakı -°C

