adalet.az header logo
  • Bakı -°C

İsrail çətin seçim qarşısında - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
89 | 2026-10-28 13:50
A- A+

Seçkilər yeni hökumətin qurulmasında qeyri-müəyyənlik yaradır

İsraildə dünən  keçirilən seçkilərdə kimin hakimiyyətə gələcəyi müəyənləşmədi. Nə Netanyahunun rəhbətlik etdiyi blok, nə də ona müxalif olan keçmiş baş qərərgah rəisi Qadi Ayzenkotun rəhbərlik etdiyi blok bu seçkilərdə lazım olan səsi yığa bilmədilər. Hər iki blok hakimiyyətə gəlmək üçün, bu seçkilərdə ötən seçkilərə nisbətən qazandıqları səslərin faizini yüksəldən ərəblərlə koalisiyaya getməyi planlaşdırmırlar.

Netanhahu və Ayznkotun blokları faktiki olaraq bərabər səslər toplamaqlarına basxmayaraq, onların heç biri knissetdə hökuməti fofmalaşdırmaq üçün lazım olan 61  səsi qazana bilməyiblər.

 Bu seçkilərdə təxminən 17-19 yer qazanan ərəb partiyaları hökumətin qurulmasında əsas rol oynaya bilərlər. Bu seçkilər göstərir ki, Netanyahu və onun komandası getdikcə zəifləyir. Ayzenkot bundan istifadə edərək, ərəb partiyaları ilə danışıqlara gedə bilər. Lakin, ekspertlər bunun az ehtimal olduğunu güman edirlər. 

 Seçkilər ərəfəsində Ayzenkotun partiyası üstünlüyə malik olsada,  sona yaxın Netanyahu vəziyyəti bərabərləşdirdi və onlar parlamentdə təxminən 51-52 yer qazanacağı gözlənilir. Ayzenkotun blokunun  isə, parlamentdə təxminən 49-51 yer qazanmaq  şansı var.

İsraildə keçirilən seçkilərin siyasi dalana dirənməsi göz qabağındadır. Əslində vəziyyətin bu hala gəlməsi 77 yaşlı Netanyahunun əlinə işlədiyini demək olar. Çünki, yeni koalisiyaların razılığa gəlməsi və ya yeni seçkilərin keçirilməsi üçün müəyyən vaxt tələb olunacaq ki, bu da Netanyahunun bir müddətdə baş nazir vəzifəsini yerinə yetirməsinə imkan yaradacaq.

 Bununla yanaşı, İsrailin prezidenti İsxaq Hersokda məsələyə müdaxilə edə bilər. Belə ki, prezident partiya liderlərindən birinə yeni hökimətin fotmalaşdırılmasını həvalə edə bilər. Bu halda o, səs çoxluğu qazana bilməyən partiyanın lideridə ola bilər.

 İsrail prezidenti hazırda çətin seçim qarşısıdadır. O əmin olmalıdır ki, xalq yeni hökumətin seçilməsi tərəfidədir, yoxsa köhnə hökumətə daha çox etibar edirlər? 

 

TƏQVİM / ARXİV