"Arda Güler yeni Messidir, bütün planet görür" - VİDEO
Türkiyəli tanınmış futbol şərhçisi, eksperti və aparıcı Ertem Şener "Real"ın gənc ulduzu Arda Gülərlə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Adalet.az xəbər verir ki, Ertem Şener sosial media hesabında paylaşım edərək Arda Güləri Lionel Messi ilə müqayisə edib.
O, illər əvvəl Lionel Messi haqqında söylədiyi fikirləri xatırladaraq Arda Gülərin də dünya futbolunda oxşar iz buraxa biləcəyini bildirib:
"20 il əvvəl Messini Çempionlar Liqasında izah edərkən və təkcə İspaniyanın, Argentinanın deyil, bütün dünyanın ona "Yeni Messi" deyəcəyini söyləyəndə "Şişirtmə" demişdilər! İndi deyirəm ki, səhnə eynidir, rollar başqadır, forma başqadır, pasport başqadır. Arda Güler dünya futbolunun yeni Messisi olmaq üzrədir!".
Ertem Şenerin bu fikirləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
Digər Xəbərlər
01 Noyabr 2026 14:07
"El-Klasiko" zamanı evi qarət edildi
01 Noyabr 2026 09:15
“Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
30 Oktyabr 2026 21:40
Prezidentin sosial media hesablarında final matçından paylaşım edildi - FOTOLAR
30 Oktyabr 2026 20:00


Bakı -°C

