Asim Xudiyev Avropa Liqasının oyununda hakim-inspektor olacaq
Azərbaycanlı hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
“Report”un məlumatına görə, Xudiyev Rusiyanın “Rostov” və İsrailin “Makkabi” (Hayfa) komandaları arasındakı Avropa Liqasının III təsnifat mərhələsinin oyununda iştirak edəcək. O, çexiyalı Petr Ardelyanunun rəhbərlik etdiyi hakimlər briqadasının işinə qiymət verəcək. UEFA nümayəndəsi isə qazaxıstanlı Aleksandr Keplin olacaq.
Qeyd edək ki, sentyabrın 24-də “Rostov Arena”da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00